EN

Ruslan Lunev “Lapua” Avropa Kubokunda qızıl medal qazandı!

BAKI, 28 sentyabr. TELEQRAF

Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunev möhtəşəm çıxışı ilə birinciliyə yüksəlib.

Teleqraf xəbər verir ki, 25 metr məsafəyə atəş üzrə yarışda Lunev ardıcıl və dəqiq atışlarla 574 xal (14x) nəticə göstərərək güclü rəqiblərini geridə qoydu və ölkəmizə qızıl medal qazandırdı.

Chosen
45
3
teleqraf.com

10Sources