EN

Türkiyə sosial mediasında Bakıya qarşı daha bir böhtan Foto

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyə sosial media hesablarında Azərbaycana qarşı növbəti iftira kampaniyası başlayıb.

Axar.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin guya əl çaldığı haqda məlumat tirajlanır.

Halbuki sözügedən görüntülər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı çəkilib.

Qeyd edək ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı əsasən müsəlman ölkələrinin diplomatları zalı tərk etmişdi. Görüntülərdə ümumiyyətlə Azərbaycan nümayəndə heyəti yoxdur (Video təqdim edilir). Əvəzində isə bəzi müsəlman ölkə diplomatlarının zalda qaldığı görünür.

Xatırladaq ki, bundan öncə Türkiyənin bəzi media qurumlarında guya Bakının İsrailin “Avroviziya”dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da bu yarışmadan imtina edəcəyini bildirdiyi haqda yalan yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
4
axar.az

10Sources