EN

Danimarkada hava məkanı mülki PUA-lar üçün bağlanacaq

Danimarka hava məkanı 29 sentyabr - 3 oktyabr tarixlərində bu ölkədə keçiriləcək Avropa İttfaqı (Aİ) sammiti ilə əlaqədar mülki pilotsuz uçuş aparatları (PUA) üçün bağlanacaq.

Ölkə.az xəbər verir ki, bu barədə nəqliyyat idarəsi məlumat verib.

"Son 24 saat ərzində baş verən dron hadisələri və qarşıdan gələn Aİ sammiti ilə əlaqədar bütün Danimarka ərazisində bazar ertəsi - 29 sentyabr tarixindən cümə günü - 3 oktyabr 2025-ci il tarixinədək bütün PUA uçuşları üçün müvəqqəti qadağa tətbiq ediləcək", - məlumatda deyilir.

Bildirilir ki, qadağa sutka boyu qüvvədə olacaq. Xüsusi hallarda pilotsuz təyyarə operatorları təcili və sosial əhəmiyyətli uçuşlarla bağlı qadağadan azad olunmaq üçün müraciət edə bilər.

Qeyd edək ki, hava məkanı Mülki Aviasiya Qanununun müddəalarına uyğun olaraq bağlanıb. Bu qanun nəqliyyat nazirinə ictimai təhlükəsizliyi təmin etmək üçün lazım olduqda həm bütün hava məkanını, həm də onun hissələrini bağlamaq hüququ verir.(report)

Chosen
20
1
olke.az

10Sources