EN

Alimlər xəbərdarlıq edir: xərçəng xəstəliyi qlobal miqyasda artacaq

Nüfuzlu The Lancet tibbi jurnalında dərc edilən proqnoza görə, 2050-ci ilə qədər dünyada xərçəngdən ölüm halları 2023-cü illə müqayisədə təxminən 75 faiz artacaq. Alimlər bunu ilk növbədə planet əhalisinin sürətlə qocalması ilə izah edirlər.

Beynəlxalq ekspertlər qrupunun Global Burden of Disease layihəsinin məlumatları əsasında apardıqları təhlilə görə, xərçəng hazırda ürək-damar xəstəliklərindən sonra dünyada ölümə səbəb olan ikinci əsas amildir.

Məlumatlara görə, 2023-cü ildə dünyada azı 18,5 milyon yeni xərçəng halı qeydə alınıb, onlardan 10,4 milyonu ölümlə nəticələnib. Bu, 1990-cı illə müqayisədə 74 faiz çoxdur. Gələcək üçün proqnoz hazırlamaq məqsədilə alimlər xüsusi statistik model qurublar. Model risk faktorlarının (məsələn, yaxın 25 ildə siqaret çəkmənin yayılması) və ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinin dəyişməsini nəzərə alır. Çünki tibbi xidmətin keyfiyyəti birbaşa olaraq bu amillərdən asılıdır.

Hesablamalara əsasən, 2050-ci ildə yeni xərçəng hallarının sayı 61 faiz artaraq 30,5 milyon nəfərə çatacaq, ölüm halları isə 75 faiz artaraq 18,6 milyon nəfəri təşkil edəcək.

Xüsusilə gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə vəziyyət daha ağır olacaq — burada xərçəngdən ölüm göstəriciləri 91 faizədək yüksələ bilər. Yüksək gəlirli ölkələrdə isə bu artım nisbətən aşağı- 43 faiz səviyyəsində proqnozlaşdırılır.

Eyni zamanda, alimlər bildirirlər ki, ümumi xərçəngdən ölmə riski qlobal miqyasda sabit qalacaq, hətta bir qədər azalacaq. Bunun səbəbi xəstəliyin müalicəsində irəliləyiş deyil, əsasən demoqrafik dəyişikliklərdir: 2050-ci ildə yaşlı insanların sayı indi ilə müqayisədə qat-qat çox olacaq.

S.ELAY

XQ

Chosen
15
1
xalqqazeti.az

2Sources