EN

iPhone 17-ni kölələr yığırmış - Dəhşətli faktlar üzə çıxdı 

iPhone 17-nin istehsal olunduğu Çinin Çjençjou şəhərindəki "Foxconn" fabrikinin işçiləri ağır iş şəraiti ilə üzləşirlər. İşçilər cüzi maaş almaq üçün uzun iş saatlarında və çox vaxt istirahət günləri olmadan işləməyə məcbur olurlar.


Manset.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşr qeyri-kommersiya təşkilatı olan China Labor Watch-ın (CLW) hesabatına istinad edib. Hesabata görə, məzuniyyət və istirahət vaxtının olmaması da fabrikdə iş mühitini köləlik halına çevirib.

Zavodda işçilərin 50%-dən çoxu mövsümi işçilər kimi qeydiyyata alınıb və onların sayı təxminən 200.000 nəfər təşkil edir. Bu, Çin qanunları ilə müəyyən edilmiş 10%-lik həddi xeyli üstələyir: "Mövsümi işçilərin kütləvi qeydiyyatı ilə bağlı əvvəllər də dərc edilmiş CLW hesabatlarına baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır".

İşçilər çox vaxt həftədə 60 saat işləyirlər. Bəziləri hətta həftə sonlarını tamamilə istirahətsiz keçirərək iş həftəsini 75 saata qədər uzadırlar. Bu arada, baza əmək haqqı ayda cəmi 2100-2400 yuan təşkil edir. "İşçilər gəlirlərini artırmaq üçün əlavə iş vaxtı götürməyə məcbur olurlar. Lakin normal iş saatlarından artıq iş götürüls belə, aylıq əmək haqqı nadir hallarda 3000 yuanı keçir. Ödənişdə gecikmələr də adi hala çevrilir",- nəşr yazıb.

Maraqlıdır ki, mövsümi işçilərə ümumiyyətlə qul kimi yanaşılır, ödənişli məzuniyyət və ya xəstəlik məzuniyyəti kimi sosial müavinətlər verilmir. "Financial Times"in jurnalistləri CLW hesabatındakı qalmqallı məlumatları təsdiqləyən bir neçə işçi ilə danışa biliblər. Onların bəziləri qeyd edib ki, digər Çin fabriklərində iş şəraiti daha da pisdir. Lakin "Foxconn" ən azı kondisioner və isti su kimi əsas ehtiyac duyulan normal şəraitləri təmin edir...(Publika.az)

Chosen
30
12
manset.az

10Sources