EN

"Sabah" "Sumqayıt"la heç-heçə etdi

Misli Premyer Liqasının VI turu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, turun sonuncu oyununda “Sabah” “Sumqayıt”ı qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Bayquşlar”ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Sumqayıt” xalını 11-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Sabah” isə 8 xalla yeddinci yerdədir.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Qarabağ” isə “Qəbələ”ni 2:0 üstələyib. “İmişli” – “Zirə” və “Şamaxı” – “Araz-Naxçıvan” oyunları 1:1 hesabı ilə başa çatıb, “Neftçi” – “Karvan-Yevlax” görüşündə isə qol vurulmayıb.

Chosen
29
90deqiqe.az

1Sources