Xatırladaq ki, bundan öncə Türkiyənin bəzi media qurumlarında guya Bakının İsrailin “Avroviziya”dan uzaqlaşdırılacağı təqdirdə Azərbaycanın da bu yarışmadan imtina edəcəyini bildirdiyi haqda yalan yayılmışdı.
Ancaq sözügedən fotonun feyk olduğunu aşkarlamaq çətin deyil. Yayılan foto Netanyahunun ötən ilin sentyabrında BMT-dəki çıxışındandır. Həmin çıxışda Netanyahu mavi qalstukdadır. Yeni çıxışda isə o, qırmızı qalstuk taxıb. Qeyd edək ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı əsasən müsəlman ölkələrinin diplomatları zalı tərk etmişdi. Görüntülərdə ümumiyyətlə Azərbaycan nümayəndə heyəti yoxdur (Video təqdim edilir). Əvəzində isə bəzi müsəlman ölkə diplomatlarının zalda qaldığı görünür.