EN

Rusiya münaqişəni döyüş meydanında həll edəcək Mearsheimer

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ukraynadakı münaqişə diplomatik yolla deyil, döyüş meydanında həll olunacaq.

Globalinfo.az xəbər verir ki, bu sözləri Çikaqo Universitetinin professoru Con Mearsheimer “Deep Dive” “YouTube” kanalına müsahibəsində səsləndirib.

Professor bildirib ki, Moskvanın mövqeyi Kiyev və Qərb tərəfindən qəbul edilmir:

“Rusiyanın tələbləri hələ münaqişə başlamazdan əvvəl açıqlanmışdı, lakin Ukrayna və Avropa İttifaqı buna heç vaxt məhəl qoymadı”.

Mearsheimerin sözlərinə görə, bu səbəbdən Rusiya problemi hərbi yolla həll etməyə çalışacaq.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vens də Rusiyanın son həftələrdə Ukrayna ilə ikitərəfli və üçtərəfli danışıqlardan imtina etdiyini açıqlamışdı.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
globalinfo.az

1Sources