EN

Dambrauskas: “Bu qədər hörmətsizliyi heç yerdə görməmişdim”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Sumqayıt” matçından (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas oyun haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis çıxışını oyundakı hakimliyə həsr edib:

“Burada biz ancaq bir nəfərin “şou”sundan danışa bilərik.

Adətən mən heç vaxt oyun sonrası mətbuat konfranslarında hakimlər haqqında danışmamışam. Peşəkar karyeramda 400-dn çox oyun var. Mən Balkan ölkələrində olmuşam, Yunanıstanda məşqçilik eləmişəm. Bilirsiniz ki,Yunanıstanda zəif komandaların güclü komandalarla oynadıqları oyunlardan sonra hakimlik barədə 3-4 saat danışa bilərik. Bu qədər liqada məşqçilik eləmişəm amma bu qədər hörmətsizliyi heç yerdə görməmişəm. Bunu şərh eləmək mənim üçün həqiqətən də çox çətindir. Azərbaycan futboluna investisiya yatıran iş adamları belə oyunları görəndən sonra deyirlər ki, mən bura niyə pul yatırım, niyə bunu edim? Oyun barədə qısaca onu deyə bilərəm ki, bir nəfər gəldi, hər şeyi bərbad elədi”.

Hakim qərarlarını şərh edən mütəxəssis “Sabah”ın ləğv olunan ikinci qolu haqqında qərarı sərt tənqid edib:

“Ləğv olunan ikinci qol zamanı rəqibin müdafəçisi topa oynayandan sonra bizim oyunçuya təmas edir. Burada fouldan söhbət gedə bilməz.

Əgər belə hakim səhvlər edirsə, hakimliyi buraxmalıdır. Amma burada bu cür olmur. Həmən hakim gələn həftə də oyuna çıxıb məvacibini almağa davam edir. Belə hörmətsizlik qəbuledilməzdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
futbolpress.az

1Sources