EN

III MDB Oyunları Müstəqil Dövlətlər Birliyi idman hərəkatı tarixində parlaq iz buraxacaq – Sergey Lebedev

Bakı. Trend:

III MDB Oyunları Müstəqil Dövlətlər Birliyi idman hərəkatıtarixində parlaq iz buraxacaq.

Trend-in bazargünü verdiyi məlumata görə, bu barədə MDB-nin Baş katibi SergeyLebedevin Azərbaycanda keçirilən III MDB Oyunlarınıntəşkilatçılarına, iştirakçılarına və qonaqlarına müraciətindədeyilir.

Müraciəti Oyunların açılış mərasimində MDB Baş katibinin müaviniNurlan Seytimov səsləndirib.

"Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bumöhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığınınümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələriarasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idmansahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.

MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəyliksimvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə günərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların vətamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına evsahibliyi edəcək.

Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm dəistənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.

Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixindəparlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha damöhkəmlənməsinə xidmət edəcək.

Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsiinkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm dəölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeninailiyyətlərə ruhlandırsın", – müraciətdə vurğulanır.

Chosen
8
2
az.trend.az

3Sources