EN

Tramp Netanyahu ilə Qəzza üzrə razılaşmanın detallarını müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə Qəzza zolağındakı böhranın təfərrüatlarının razılaşdırılacağını gözləyir.

APA xəbər verir ki, Tramp bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

Tramp əmin edib ki, bütün tərəflər razılıq əldə etmək istəyir. O, İsrail və ərəb dövlətlərindən mümkün razılaşmalarla bağlı çox yaxşı cavab aldığını deyib.

Chosen
22
1
apa.az

3Sources