EN

Azərbaycana qarşı daha bir təxribat

Türkiyə sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına başlanılıb.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə də yayılan feyk xəbərlər İsraillə bağlıdır.

Belə ki, yayılan məlumatda bir sıra ölkələr tərəfindən BMT Baş Assambleyasındakı çıxışı boykot edilən İsrail baş naziri Benyamin Netanyahunu dinləyənlər arasında azərbaycanlı rəsmilərin olduğu iddia edilir.

Ancaq sözügedən fotonun feyk olduğunu aşkarlamaq çətin deyil. Yayılan foto Netanyahunun ötən ilin sentyabrında BMT-dəki çıxışındandı. Həmin çıxışda Netanyahu mavi qalstukdadır.

Bunlar Azərbaycan nümayəndə heyətinin sözügedən çıxış zamanı orada olduğunu əks etdirmir. Bütün dünyaya açıq olan mənbələrdən dəqiq fotoları tapmaqda belə aciz olan təxribatçılar belə naşı vasitələrlə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə cəhd göstərirlər.

Qeyd edək ki, bundan əvvəl də Türkiyə mətbuatında guya İsrail qatılmazsa, Azərbaycanın “Avroviziya” müsabiqəsini boykot edəcəyinə dair yalan məlumatlar yayılmışdı. Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov İsrailin “Avroviziya”da iştirak etmədiyi təqdirdə, ölkəmizin yarışmadan imtina edəcəyi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.

 

 

Chosen
30
9
konkret.az

10Sources