EN

Həmin Bəxtiyar... Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.

Onlardan biri də terrorun azyaşlı şahidlərindən biri olan, erməni vəhşiliyinə təbəssümü ilə cavab verərək, Azərbaycan xalqının qorxmaz iradəsinin simvoluna çevrilən Bəxtiyar Heydərli olub. Onu dağıntılar altından dayısı çıxarıb. Terrordan sonra onun qorxudan ayaqları tutulub, yalnız iki gün sonra yeriməyə başlayıb.

Bəxtiyarın görüşdən fotosunu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
qafqazinfo.az

1Sources