EN

Mehriban Əliyevanın Xədicə ilə görüntüsü təsirləndirdi - Foto

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Mehriban Əliyevanın şəhid övladlarına göstərdiyi nəvaziş diqqət çəkib.

Onun saçlarını öpərək çiyninə şal saldığı balaca qız Xədicədir. O, 17 oktyabr 2020-ci ildə raket hücumları zamanı atası Röyal Şahnazarovu, anası Züleyxa Şahnazarovanı və kiçik bacısı Mədinə Şahnazarovanı itirib. Hadisədən sonra Xədicənin gözləri 3 gün görməyib. Sonra möcüzə nəticəsində gözləri açılıb. Gözünü açanda isə ilk sözü “Anamı istəyirəm” olub.

Həmin fotoları təqdim edirik:

Chosen
9
6
axar.az

8Sources