EN

Böyrək çatışmazlığı olan pasiyentlər narazıdırlar: "Hər ay Bakıya getməyə məcburuq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər problemlə üzləşiblər.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, Gəncədə Abbas Səhhət adına Xəstəxananın Hemodializ şöbəsində qeydiyyatda olan xəstələr ciddi çətinlik yaşadıqlarını bildirirlər. Onların sözlərinə görə, şöbədə qeydiyyatda olan 150-yə yaxın pasiyent hər ay kateterlərin yuyulması üçün Bakıya göndərilir.
İddialara görə, bu xidmət əvvəllər Gəncədə göstərilsə də, sonradan dayandırılıb. Pasiyentlər artıq iki ilə yaxındır ki, bu çətinliklə üzləşirlər.
Xəstələrin bildirdiyinə görə, Gəncə ilə yanaşı, ətraf bölgələrdən də olan pasiyentlər müntəzəm olaraq burada dializ xidməti alırlar. Lakin kateterlərin yuyulmasının dayandırılmasına səbəb kimi dərman təminatının kəsilməsi göstərilib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada bildirilib ki, söhbət daimi (permanent) kateterlərin yuyulmasından gedirsə, mövcud tibbi protokollara əsasən belə bir prosedur nəzərdə tutulmayıb:
"İndiyədək heç bir hemodializ mərkəzində bu tələbin rəsmi şəkildə tətbiq edildiyi qeydə alınmayıb. Permanent kateterlərin funksional ömrü, adətən, 1 ildən 1,5 ilə qədərdir. Bu müddətdən sonra kateterin tutulması müşahidə olunarsa, protokola uyğun olaraq dəyişdirilməsi və tutulma səbəbinin araşdırılması həyata keçirilir".
Qeyd olunub ki, profilaktik yuma və ya mütəmadi durulama tibbi tövsiyələr və standart prosedurlar çərçivəsinə daxil deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Chosen
31
50
oxu.az

10Sources