EN

Liqa 1: "Olimpik Lion"dan minimal hesablı qələbə

Fransa Liqa 1-də 6-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Mets” – “Havr” və “Renn” – “Lans” və “Nitsa” – “Paris” görüşlərində qalib müəyyənləşməyib. “Anje” evdə “Brest”ə, “Lill” də Lion “Olimpik”inə uduzub.

Hazırda PSJ və Lion “Olimpik”inin 15 xalı var. Marsel “Olimpik”i, “Monako” və “Strasburq” 12, “Lans”la “Lill” 10 xal toplayıblar.

Fransa Liqa 1
5-ci tur

26 sentyabr

Strasburq – Olimpik (Marsel) 1:2
Qollar: Uattara, 49 – Obameyanq, 78. Murilyo, 90+1.

27 sentyabr

Loryan – Monako 3:1
Qollar: Bamba, 40. Pagis, 76; 82 – Fati, 90+7-pen.

Tuluza – Nant 2:2
Qollar: Qboho, 47. Donnum, 66-pen – Lahdo, 45+4. Leru, 61.

PSJ – Oser 2:0
Qollar: Zabarnı, 32. Beraldo, 54.

28 sentyabr

Nitsa – Paris 1:1
Qollar: Diop, 40 – Krasso, 88-pen.

Anje – Brest 0:2
Qollar: Laskari, 26. Del Kastilyo, 32-pen.

Lill – Olimpik (Lion) 0:1
Qol: Morton, 13.

Mets – Havr 0:0

Renn – Lans 0:0

Chosen
25
fanat.az

1Sources