EN

Ukrayna Melitopolda rus PUA operatorlarını məhv etdiyini bildirib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) sentyabrın 27-də Melitopolda Rusiya ordusuna məxsus “UAZ” markalı avtomobili partlatdığını açıqlayıb.

Məlumata görə, avtomobildə hərbi qulluqçular və pilotsuz uçuş aparatları olub. Partlayış işğal altındakı şəhərin ərazisində yerləşən mühafizə olunan hərbi bazada baş verib.

Ukrayna tərəfi iddia edir ki, əməliyyat nəticəsində avtomobil tamamilə məhv edilib və azı dörd Rusiya ordusunun PUA operatoru zərərsizləşdirilib.

Chosen
34
anews.az

1Sources