EN

11 ildən sonra rekord yüksəliş Azərbaycan üçün makroşok…

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq bazarlarda platinin qiyməti son 11 ilin ən yüksək həddinə çatıb. Troya unsiyasının dəyəri 1 352 dollara yüksələrək 2014-cü ildən bəri rekord göstərici qeydə alıb. Belə ki, ilin əvvəlindən bu yana 43%-dən çox gəlir gətirən platin daha sonra 1 290 dollar ətrafında sabitləşib.

Platinin qiymətindəki sürətli artımın əsas səbəbləri nələrdir? Qlobal bazarlarda platinin bahalaşması Azərbaycan iqtisadiyyatına və yerli sənayeyə hansı təsirləri göstərə bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, platinin qiymət artımı çoxsahəlidir:

“Bahalaşmanın əsas səbəbləri arasında Cənubi Afrikadakı təchizat məhdudiyyətləri, enerji problemləri, mədən investisiyalarının azalması və istehsalın kəsilməsi ilə bağlı defisit, avtomobil sənayesində palladium əvəzinə platinin daha çox istifadə olunması, investor marağı ilə fiziki alışların artması yer alır. Struktur defisit ilə yeni sənaye tələbləri qiymətlərin qısa və orta müddətdə yüksək qalmasını təmin edə bilər. Bununla belə, avtomobil sənayesində tələbin zəifləməsi, təkrar emalın artması və yeni mədən-investisiyaların bazara daxil olması qiymətlərin volatilliyini artıran amillərdir”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Azərbaycan üçün bu qiymət artımının birbaşa makroiqtisadi təsiri gözlənilmir:

“Çünki ölkənin əsas ixracı neft-qazdır və platin əhəmiyyətli paya malik deyil. Lakin zərgərlik sektoru üçün xammal qiymətlərinin yüksəlməsi, platin məhsullarına tələbin artması, təkrar emal imkanlarının genişlənməsi və bəzi idxal olunan avadanlıqların bahalaşması yerli biznes və istehlakçılar üçün yeni şərtlər yarada bilər. Yerli investorlar üçün də platinlə bağlı maliyyə alətləri maraq doğura bilər, lakin qiymətlərin yüksək volatilliyi risk amili olaraq qalır. Azərbaycan üçün birbaşa makroşok ehtimalı azdır, amma zərgərlik sektoru, təkrar-emal, bəzi idxalçı sənaye seqmentləri üçün iqtisadi imkanlar və xərclər artımı gözlənilə bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
globalinfo.az

1Sources