EN

ABŞ-da kilsəyə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - YENİLƏNİB

Miçiqan ştatında kilsəyə hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə polisin verdiyi açıqlamada bildirilir.

"Qurbanların ümumi sayı 4-ə yüksəldi. Daha əvvəl dediyimiz kimi, şübhəli şəxs də zərərsizləşdirilib. Beləliklə də bu faciəvi hadisə nəticəsində ölənlərin ümumi sayı beşdir", - məlumatda deyilir.

***

23:10

ABŞ-ın Miçiqan ştatının Qrand-Blank şəhərində bir kilsədə atışma olub.

APA xəbər verir ki, “ABC News”un məlumatına görə, hadisə nəticəsində azı altı nəfər yaralanıb və kilsə binası da yandırılıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.

Hadisə yerində araşdırma aparılır.

Chosen
52
1
apa.az

10Sources