EN

Məktəb yox, bazar: "211 nömrəli məktəbdə fond pulu, imtahan rüşvəti və bahalı maşınlar"

Nəsimi rayonunda məktəb qalmaqalı – müəllimlərdən məcburi pul yığımı, bahalı maşınlar və “5 manatlıq hədiyyə”
Bakının Nəsimi rayonunda yerləşən 211 nömrəli məktəbdə valideynlərin kütləvi narazılığına səbəb olan hallarla bağlı redaksiyamıza şikayətlər daxil olub.
Valideynlərin iddiasına görə, məktəbdə müəllimlər tərəfindən məcburi pul yığımı geniş yayılıb. İddialara əsasən:

  • ● 9–11-ci siniflərdə imtahan qiymətlərinə görə şagirdlərdən 100–200 manat alınır.

    ● Sinif rəhbərləri oğlanlardan qızlara, qızlardan isə oğlanlara hədiyyə adıyla valideynlərdən 35–40 manat pul yığır. Verməyən şagird isə otağa çağırılıb alçaldılır və məcbur edilir.

    ● Bir müəlliməyə qanunsuz olaraq 4 sinif həvalə olunub – 10e, 10d, 9e, 9d (rus sektoru).

    ● Təmir adıyla hər gün yeni bəhanə ilə pul toplanır. Şkaf üçün hər sinifdən 20 manat yığılıb, valideynlərin sözlərinə görə,


Şikayətçilər bildirir ki, müəllimlər “fond pulu” adıyla dərs başlamadan valideynlərdən artıq 20 manat toplayıb. Məktəbin həyətində çəkilən fotolarda isə müəllimlərin bahalı xarici avtomobilləri görünür. Valideynlər bu maşınların müəllim maaşı ilə uyğun gəlmədiyini qeyd edirlər.


Valideynlərin sözlərinə görə, uşaqların alçaldılmaması üçün çoxları qorxudan səsini çıxara bilmir.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:mənbə bu link


Chosen
30
azia.az

1Sources