EN

29 sentyabr – Dünya Ürək Günü

Dünya Ürək Günü insanların ürək-damar xəstəlikləri və onların qarşısının alınması haqqında məlumatlılığını artırmaq məqsədi daşıyır.

E-saglam.az xəbər verir ki, bu gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd olunub. Daha sonra təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO tərəfindən dəstəklənib. 2011-ci ildən etibarən bayram hər il 29 sentyabrda qeyd olunur.

Dünyada bu gün münasibətilə tibb işçiləri üçün seminarlar və maarifləndirici tədbirlər təşkil edilir. Məsələn, Kazanda “Həyata 10 000 addım” adlı aksiyada iştirakçılar müəyyən məsafə qət edir, qan təzyiqi, qlükoza və xolesterin səviyyələri yoxlanılır. Xabarovsk diyarında illik “Kipidin ürəkləri” kampaniyası, Yakutiyada isə “Mehriban ürəklər günü” adlı xeyriyyə aksiyası keçirilir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources