EN

Taliban ABŞ vətəndaşını azad edib

Taliban 2024-cü ilin dekabrından Əfqanıstanda saxlanılan Amerika vətəndaşı Əmir Əmiri azad edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında paylaşıb: "Bu gün biz Əfqanıstanda haqsız yerə həbs edilmiş amerikalı Əmir Əmiri vətənə salamlayırıq. Onun azad edilməsində göstərdiyi köməyə görə Qətərə təşəkkür etmək istəyirəm. Prezident Tramp açıq şəkildə bildirdi ki, xaricdə haqsız yerə saxlanılan bütün amerikalılar vətənə qayıtmayana qədər biz dayanmayacağıq".

Əfqanıstan Xarici İşlər Nazirliyi ötən axşam xarici işlər naziri Əmir Xan Müttəqi ilə ABŞ prezidentinin məhbuslar üzrə xüsusi elçisi Adam Bollerin başçılıq etdiyi Amerika nümayəndə heyəti arasında görüş keçirildiyini bildirib.

Müttəqi Qətər hökumətinə “məhbusun azad edilməsində” göstərdiyi köməyə görə təşəkkür edib. Boller Talibanın Amerika vətəndaşını azad etmək qərarını alqışlayıb, Əfqanıstanla ABŞ arasında aparılan danışıqları konstruktiv adlandırıb və dialoqun davam edəcəyinə ümid etdiyini bildirib.

 Musavat.com

Chosen
14
1
musavat.com

4Sources