Rusiyada 11 vətəndaş "Meçtallion" lotereyasının 158-ci tirajında hər biri iki milyon rubl (təqribən 50 min manat - red.) qazanıb.
Moderator.az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, tirajda qazancların ümumi məbləği 232 milyon rublu (təqribən 5 milyon manat - red.) ötüb.
Cəmi qazanc gətirən biletlərin sayı bir milyondan çox olub.