EN

Bəzi ərazilərdə qaz olmayacaq

Bakı şəhəri Xətai rayonunun bəzi küçələrinə təbii qazın verilişi dayandırılacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar, bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Marqarita pizza

Həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Chosen
26
49
yenisabah.az

10Sources