EN

Bu gün Bakıda “INMerge” İnnovasiya Sammiti işə başlayır


Bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır. “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gəlir.

“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir platformada birləşdirəcək. Sammit zamanı iştirakçılar müxtəlif şirkətlər tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.

Mətləb

Chosen
20
9
baki-xeber.com

10Sources