EN

Tramp Heqsetin generallarla görüş səbəbini açıqlayıb

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, sentyabrın 30-da Virciniya ştatında ölkənin müharibə naziri Pit Heqsetin amerikalı generallar və admirallarla keçirəcəyi görüş onların döyüş ruhunu möhkəmləndirməyə yönəlib.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Mən generallara demək istəyirəm ki, biz onları sevirik, onlar hörmətli liderlərdirlər, güclü, qətiyyətli, ağıllı və mərhəmətli olsunlar", - deyə o, görüşdə iştirak edəcəyini təsdiqləyib.

"Bütün məsələ bunda - hərbi birlik ruhundadır. Artıq bunu etməyin vaxtıdır", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
azpolitika.info

1Sources