EN

ABŞ-də kilsəyə hücum nəticəsində 4 nəfər ölüb

ABŞ-də Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hadisəni törədən şəxs daha sonra kilsəni yandırıb. Qurbanların sayının artacağı istisna edilmir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polislər tərəfindən zərərsizləşdirilib. 

Şəhərin şerifi Uliyam Reyni bildirib ki, hadisə qurbanlarının biri kilsədə həyatını itirib. Odlu silah yarası alan ikinci şəxs isə xəstəxanada keçinib. Polisin məlumatına görə, 40 yaşlı Tomas Ceykob Sanford avtomobilini kilsəyə çırpdıqdan sonra içəri girərək ibadət edənlərə atəş açmağa başlayıb. Daha sonra o, kilsəni yandırıb.

Chosen
10
3
xezerxeber.az

8Sources