EN

Rusiya bu ölkəyə qurudan müdaxilə edəcək Diplomat

ain.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın Avropadakı təxribatları NATO hava məkanına uçan PUA və təyyarələrlə məhdudlaşmayacaq. Gec-tez Kreml hansısa quru əməliyyatı həyata keçirməyə çalışacaq.

Axar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.

O bildirib ki, hücumun ən çox ehtimal olunan hədəfi Litva olacaq.

Onun sözlərinə görə, Avropa ölkələri hələ də sülh şəraitində mövcudluq paradiqmasından uzaqlaşmayıb və hərbi protokollar bunu tələb etsə də, öz hava məkanında Rusiya PUA və təyyarələrini vurmağa qorxur.

Çalıy əmindir ki, bu, ruslar yeni eskalasiya səviyyəsinə keçənə qədər davam edəcək.

Diplomat vurğulayıb ki, Rusiyanın NATO ölkələrinə məhdud qurudan müdaxiləsi ssenarisinə əslində çox böyük ehtimal var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
axar.az

2Sources