EN

KİV: ABŞ və İsrail Qəzza ilə bağlı razılaşmaya çox yaxındır

BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ və İsrail Prezident Donald Trampın təklifi ilə Qəzza zolağında nizamlanma ilə bağlı razılaşmaya çox yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

“Yüksək rütbəli ABŞ rəsmisi xüsusi nümayəndə Stiven Uitkoff və (Trampın kürəkəni Jared) Kuşnerin Netanyahu ilə danışıqlarından sonra ABŞ və İsrailin Trampın Qəzzada müharibəni bitirmək planı ilə bağlı razılığa çox yaxın olduğunu bildirib. Rəsmi əlavə edib ki, HƏMAS hələ də bununla razılaşdığını bəyan etməyib”, - mənbə vurğulayıb.

Chosen
8
teleqraf.com

1Sources