EN

“Sübut etməliyik ki, Qazaxıstanda futbol da var, istedadlar da”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Kayrat”ın qapıçısı Şerxan Kalmurza Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri II tur oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, qolkiper yerli mətbuata açıqlamasında matçla bağlı bunları deyib:

“Belə komandaya qarşı oynamaq böyük məsuliyyətdir. Tək komanda yox, ölkə üçün oynamaq lazımdır. Hamının gözü bizdə olacaq. Hətta, MDB ölkələri də bizə azarkeşlik edəcək.

“Real” böyük klubdur, amma oyunumuzu göstərməli və hamıya sübut etməliyik ki, Qazaxıstanda futbol da var, istedadlar da”.

Sabah keçiriləcək “Kayrat” – “Real” oyunu saat 20:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
futbolpress.az

1Sources