III MDB Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.
Qəbələ Olimpiya Kompleksində stolüstü tennisdə həlledici görüşlər keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək (U-16) komandalar arasında növbəti görüşlər keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.
Gəncə İdman Sarayında isə üzgüçülük yarışları davam edəcək. Həmçinin burada voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək, B qrupunda isə Belarus və Qırğızıstan komandaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışlar keçiriləcək. Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışları baş tutacaq.