EN

Bu qırmızı xəttimizdir! – Tatar

Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına qayıdan ölkə başçısı Ərsin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Ə.Tatar bildirib ki, Kipr adasında problem yalnız "iki dövlət" prinsipi ilə həll oluna bilər.

Tatarın sözlərinə görə, Quterreş və Xristodulidis ilə görüşlərində cənub və şimal dövlətlərinin əməkdaşlıq məsələsini gündəmə gətirsə də, yunan tərəfi buna isti yanaşmayıb:

"Biz embarqoların aradan qaldırılmasını gözləyirik, lakin əksi olur, üstəgəl, qarşı tərəf təcavüzkar davranışlar sərgiləməyə davam edir".

Ə.Tatar həmçinin Xristodulidisin özünün gərgin olduğuna dair iddialarını yalanlayıb.

Chosen
22
6
axar.az

7Sources