EN

Özbəkistana gələn turistlərin sayı artıb

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin yanvar-iyul aylarında 6,3 milyon nəfərdən çox əcnəbi Özbəkistana turizm məqsədi ilə gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Hafta.az xəbər verir ki, bu barədə Özbəkistan Statistika Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə turist axını əsasən Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyadan olub. Avropa ölkələrindən gələnlərin sayı azdır.

Hesabat dövründə 1 turist orta hesabla 403 dollar xərcləyib. Yanvar-iyul aylarında turizm xidmətlərinin ümumi həcmi 2,5 milyard dolları ötüb.

Chosen
22
6
hafta.az

7Sources