EN

İnfarkt və insult riskini artıran ədviyyat müəyyən edilib

Endokrinoloq Afonina: Qidada duzun çox olması infarkt və insult riskini artırır

E-saglam.az xəbər verir ki, Endokrinoloq Armine Afonina xəbərdarlıq edib ki, duz bədənin normal fəaliyyəti üçün vacib olan ədviyyatdır, lakin onun pəhrizdə həddindən artıq miqdarda olması ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Bu barədə o, RIA Novosti-yə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, duzun çox qəbul edilməsi orqanizmdə maye yığılmasına gətirib çıxarır. Bu, qan dövranında həcmin artmasına, nəticədə ürəyə və qan damarlarına əlavə yük düşməsinə səbəb olur. Beləliklə, ürək əzələsi daha tez köhnəlir, arterial təzyiq yüksəlir və hipertoniya, insult və infarkt riski artır.

Afonina əlavə edib ki, artıq duz böyrəklərin sağlamlığına da mənfi təsir göstərir. Bu ədviyyatdan müntəzəm şəkildə çox istifadə sidik yollarında daşların əmələ gəlməsi ilə yanaşı, fosfor-kalsium mübadiləsinin pozulmasına və osteoporoz riskinin yüksəlməsinə səbəb ola bilər.

Həmçinin qeyd edib ki, duzlu qidalara həddindən artıq meyil həmçinin baş ağrısı, tez-tez sidiyə getmə, diqqətin azalması və piylənmə kimi problemlərə də yol aça bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
19
e-saglam.az

1Sources