EN

Levandovski bu qolu unutmayacaq

“Barselona” İspaniya çempionatının 7-ci turunda “Real Sosyedad” üzərində əzmkar qələbə qazanıb - 2:1.

Publilka.az xəbər verir ki, kataloniyalılara qələbəni Robert Levandovskinin dəqiq zərbəsi təmin edib. Bu qol onun karyerasında 700-cü olub.

Levandovski ən çox “Bayern”in heyətində fərqlənib - 344 dəfə. “Barselona”da 105, Dortmund “Borussiya”sında 103, “Lex”də 41, “Zniç”də isə 21 qol vurub. Polşa millisinin heyətində rəqib qapıçıları 86 dəfə məyus edib.

Chosen
19
publika.az

1Sources