EN

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ev sahibliyi ilə keçirilən III MDB Oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün yarışda 8 idman növü üzrə mübarizə baş tutacaq.

Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə həlledici görüşlər keçiriləcək.

Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti oyunlar keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.

Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.

Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına start veriləcək.

A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.

Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışın qalibləri müəyyənləşəcək.

Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.

Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

saytlarin hazirlanmasi

Chosen
6
19
sportal.az

10Sources