EN

İsveç öz nüvə silahını inkişaf etdirməyi müzakirə edir

İsveçdə öz nüvə silahının yaradılması imkanları ilə bağlı müzakirələr başlayıb.

Editor.az bu barədə “The Times”a istinadla xəbər verir.

Məqalədə qeyd edilir ki, İsveç qəzetlərində çıxan bir sıra xəbərlərdən sonra ölkədə Stokholmun təkbaşına, yoxsa Şimali Atlantika Müqaviləsi Təşkilatındakı müttəfiqləri ilə birlikdə atom bombası əldə etməyə cəhd etməsi ilə bağlı müzakirələr alovlanıb.

Öz nüvə silahının yaradılması ideyası hələ həyata keçirilməsə də, İsveç siyasətində müzakirə olunmağa başlayıb. Alim və ekspertlərin fikrincə, İsveç çətin ki, müstəqil nüvə silahı hazırlamaq üçün lazım olan texnoloji və resurs infrastrukturuna malik olsun. Ölkədə altı atom elektrik stansiyası var, lakin onların tikintisi 40 ildən çox çəkib.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources