EN

Türk dövlətləri arasında həmrəyliyin güclənməsi bəzi qüvvələri narahat edir - Fərid Şəfiyev

Zəngəzur dəhlizinin açılması Türk dövlətləri üçün müəyyənimkanlar yaradacaq.

Trend xəbərverir verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininİdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk DövlətləriTəşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərininnümayəndələrinin iştirakı ilə Türk Dövlətləri Təşkilatı: qlobalnizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransdadeyib.

"Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regiondageosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçidövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərənxarici güclər tək bir dövlətlə deyil, bir dövlətlər ittifaqı iləhesablaşmaq məcburiyyətində qalır. Bəzi fərqliliklərə baxmayaraq,Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha dagücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahatedir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq vəbirliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndiricitəklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələrregiondakı müstəqil dövlətləri hələ də “parçala və hökm sür”məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDTçərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli,xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik", -deyə Fərid Şəfiyev bildirib.

Chosen
10
4
az.trend.az

5Sources