EN

QƏZZANI İRAQA SAVAŞDA YER ALAN SABİQ BAŞ NAZİR YÖNƏLDƏCƏK Plan açılır, HƏMAS O, Şeytandır deyir

ain.az bildirir, Mia.az portalına istinadən.

ABŞ-ın Qəzza zolağı ilə bağlı planının detalları yavaş-yavaş açılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu plan ötən həftə ABŞ-da müsəlman ölkələri liderləriylə də müzakirə olunub və məqbul sayılıb.

Plana əsasən, Qəzzada “Qəzza Beynəlxalq Keçid İdarəsi" (GITA) yaradllır və başına isə 2003-2011-ci illərdə İraqa hücumda əsas fiqurlardan sayılan Britaniyanın sabiq baş naziri Toni Bleyr gətiriləcək.

HƏMAS isə həm bu plana, həm də GİTA-nin başına sabiq baş nazirin gətirilməsini qəbuul etmir.

Qruplaşma liderlərindən olan Husam Bedran Bleyri "O, Şeytandır", - deyə bu cür planın qəbuledilmz olduğunu bildirib: "Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair Fələstin davasında arzuolunmaz şəxsdir. Onunla hər hansı bir əlaqə qurmaq planı Fələstin xalqı üçün acılı bir tarix olacaq. Toni Bleyr  törətdiyi cinayətlərə, xüsusən də İraq müharibəsindəki (2003-2011) roluna görə beynəlxalq məhkəmələr qarşısında olmalı idi.  Lakin o, indi Trampla bizim bölgənin taleyi ilə bağlı qərar verir. O, nə Fələstin məsələsinə, nə ərəblərə, nə də müsəlmanlara xeyir gətirmədi. Onun cinayətkar və dağıdıcı rolu illərdir bilinir. Qəzza və İordan çayının qərb sahilindəki Fələstin məsələsi yalnız milli konsensusla həll oluna bilən daxili məsələdir. Heç bir xarici regional və beynəlxalq tərəf fələstinlilərin gələcəyi barədə onların izni olmadan, diktə siyasətiylə qərar verə bilməz. Fələstin xalqı özünüidarəetmə qabiliyyətinə malikdir"

HƏMAS rəsmisi deyiib ki, hələlik onlara plan təqdim edilməyib: "Bizə vasitəçilər vasitəsilə heç bir rəsmi təklif gəlməyib. İndiyə qədər yalnız mətbuatda yazılanları bilirik".

Xatırladaq ki, İsrailin “Haaretz” qəzeti ərəb siyasi mənbəsinə istinadən yazıb ki, ABŞ administrasiyası Qəzzada müvəqqəti administrasiya yaradıb, Bleyri onun başına gətirməyə razı salıb. Yəni, Böyük Britaniyanın keçmiş baş naziri qarşıdakı illərdə Qəzzada keçid hökumətə rəhbərlik edəcək: "Keçid hökuməti əvvəlcə Misir, daha sonra Qəzzaya köçürüləcək. Onun köməkçilərindən biri isə müsəlmanlar içində nüfuzlu şəxslərdən biri seçiləcək".

Bleyerin ofisinin sözçüsü BBC-yə bildirib ki, Bleyr qəzzalıları yerindən qovacaq heç bir planı dəstəkləməyəcək. 

Yeri gəlmişkən, Bleyr baş nazirlikdən ayrıldıqdan sonra ABŞ, Avropa Birliyi, Rusiya və BMT-də Yaxın Şərq üzrə xüsusi nümayəndə vəzifəsində işləyib. O, avqust ayında Ağ Evdə keçirdiyi görüşdə ABŞ prezidenti Donald Trampla regionun gələcəyini müzakirə edib.

Samir MUSAYEV

MİA.AZ

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
mia.az

1Sources