EN

TDT baş katibinin müavini: "Azərbaycan türk dünyasında körpü rolunu oynayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünyada gedən sürətli dəyişikliklər, həmçinin qlobal və regional inkişaf və çağırışlar türk coğrafiyasında əməkdaşlıq və inteqrasiyanı daha da vacib edir".
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömər Kocaman "TDT: Qlobal nizamsızlıq dövründə regional aktor kimi" adlı konfransda deyib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixində keçirilən andiçmə mərasimində söylədiyi fikirlərə diqqət yetirmək istərdim. O, çıxışında vurğuladı ki, TDT Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilatdır, çünki bu, bir ailədir. Prezidentin qeyd etdiyi kimi, türk dünyası geniş coğrafiyaya, böyük əraziyə, güclü hərbi qüdrətə, əhəmiyyətli iqtisadiyyata, təbii resurslara, nəqliyyat yollarına, gənc və artan əhaliyə, eyni köklərdən gələn xalqlara malikdir. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz birlikdə çalışmalıyıq ki, TDT qlobal arenada mühüm aktora və güc mərkəzinə çevrilsin. Biz bunu yalnız birlikdə nail ola bilərik. Strateji coğrafi mövqeyinə görə Azərbaycan türk dünyasında ticarətin, nəqliyyatın və bağlantının inkişafı baxımından çox mühüm bir hissədir. Azərbaycan türk dünyasında körpü rolunu oynayır", - deyə baş katibin müavini əlavə edib.
Mərahim Nəsib
Chosen
78
44
oxu.az

10Sources