EN

“Turan Tovuz” nəfəs aldı, Masazırda dramatik “sülh”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Premyer Liqada VI tura yekun vurulub. Sonuncu oyun günündə “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib, “Sabah” isə “Sumqayıt”la heç-heçəyə razılaşıb.

Günün ilk matçında Qərb təmsilçiləri “Turan Tovuz”la “Kəpəz” üz-üzə gəlib. Tovuz təmsilçisinin əvvəlki turda “Sabah”a səfərdə məğlub olması komanda ilə bağlı tənqidləri artırmışdı. Hücumda dişsiz olan, qol epizodu yaratmaqda çətinlik çəkən “Turan Tovuz” tənqidlərin artığı bir məqamda “Kəpəz”ə üstün oyunla 3:0 hesabıyla qalib gəlməsi qismən atmosferi sakitləşdirib. Buna baxmayaraq, gəncəlilərin baş məşqçisiz olması, bumövsümkü uğursuz çıxışı fonunda tovuzluların qələbəsi komanda ilə bağlı ciddi ölçü hesab etmək olmaz.

Tura Masazırda yekun vurulub. Dramatik adlandıra biləcəyimiz görüşdə nələr olmadı? Arenada işıqlar söndü, meydan sahiblərinin iki qolu sayılmadı, “Sumqayıt”ın qırmızı vərəqə tələb etdiyi epizodlar və s. Mövsümün ən gərgin, bir o qədər də maraqlı keçən görüşündə heç-heçəni ədalətli hesab etmək olar. Buna baxmayaraq, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyunsonrası “od püskürməsi”, ölkənin indiki məqamda bir nömrəli referisi olan Əliyar Ağayevin idarəçiliyindən narazılıq bildirməsi turun diqqətçəkən məqamlarından idi.

“Sumqayıt” üçün də bir xal qənaətbəxşdir. Ötən turda “Neftçi”yə məğlubiyyətdən sonra çətin “Sabah” səfərindən xalla ayrılmaq komanda üçün pozitiv nəticədir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
futbolpress.az

1Sources