EN

Üçqat dünya çempionu İrina Sinetskaya 46 yaşında vəfat edib

Boks üzrə üçqat dünya çempionu və beşqat Avropa çempionu İrina Sinetskaya 46 yaşında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, Rusiya Boks Federasiyası idmançının ölümünü böyük itki adlandırıb. Federasiya bildirib:

“İrina Vladimirovnanın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi əbədi olaraq bizimlə qalacaq”.

Ölümün səbəbi barədə hələ məlumat verilməyib. Xatırladaq ki, bundan əvvəl Serbiya millisinin sabiq futbolçusu Deyan Milovanoviç və italyan dağ xizəkçisi Matteo Franzoso da müvafiq olaraq veteranlarla qarşılaşma və məşq zamanı vəfat etmişdilər.

DOĞRU.AZ

Chosen
13
dogru.az

1Sources