COP29-un nəticələri əsasında maliyyə mənbələrindən gələn vəsaitləri bölüşdürmək üçün Bakı xəritəsi hazırlanır...
"Report" xəbər verir ki, bu barədə COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın COP29-a sədrliyi davam edir:
"COP29-da bütün sahələr üzrə tərəflər bir yerə gəldi. Ölkələrin öhdəlikləri yerinə yetirməsi üçün çalışırıq. COP29 nəticəsi göstərdi ki, Azərbaycan qlobal sahədə də önəmli rol oynayır. COP29-da bir həmrəylik qazandıq. Sülh və əmin-amanlıq üçün bütün tərəfdaşlıqlar şansımızı artırır".
Poliqon.info