EN

Aİ Rusiyanın "buzlaşdırılmış aktivləri" ilə bağlı qərar qəbul edəcək – Politico

 Avropa İttifaqı ölkələri oktyabrın sonlarında Rusiyaya qarşı buzlaşdırılmış aktivlər məsələsində qərar qəbul etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, ilk müzakirələr Kopenhagendə keçiriləcək sammitdə baş tutacaq. Aİ-dən olan anonim diplomatın sözlərinə görə, əsas məqsəd Macarıstan Baş naziri Viktor Orbanı təcrid etmək üçün digər ölkələrin dəstəyini qazanmaqdır:

"Hal-hazırda biz boz zonadayıq", – deyə diplomat qeyd edib.

Bununla belə, "Politico" yazır ki, Aİ hələ də lider mövqelərini əldə etməkdə çətinlik çəkir, həmçinin Rusiyanın fəaliyyətini məhdudlaşdırmaq üçün imkanı çox dar görünür.

Musavat.com

Chosen
59
musavat.com

1Sources