EN

Suriyadan İran açıqlaması: Aradan qaldırdıq

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Suriyada hakimiyyət dəyişikliyindən sonra ölkədə İrana bağlı qruplaşmaların mövcudluğu aradan qaldırılıb”.

Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.

İsrail-Suriya normallaşmasından danışan nazir bildirib:

“İsrailin danışdığı təhdidlər – İran və “Hizbullah” yaraqlılarının, eləcə də keçmiş rejimin silahlılarının mövcudluğu rejimlə birlikdə aradan qaldırılıb.

Bizim ardıcıl olaraq bəyan etdiyimiz siyasətimiz Suriyanın İsrail də daxil olmaqla bölgədə heç kimə təhlükə yaratmamasıdır. Ancaq Suriyanın yeni - sülh və əməkdaşlıq simasını ifadə edən bu müsbət mesajlar təhdid və hücumlarla qarşılandı. Hazırda (İsraillə) normallaşma və İbrahim sazişləri məsələsini müzakirə etmək çətindir, xüsusən də Suriyanın İsrail tərəfindən təhdid edilməsi, Qolan təpələrinin işğalı və dekabrın 8-dən bəri yeni ərazilərin işğalı səbəbindən çətindir. Ona görə də durum dekabrın 8-dən əvvəlki vəziyyətə qayıtmalı, ara sakitləşməlidir ki, regionun gələcəyini müzakirə edə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
sherg.az

3Sources