EN

Azərbaycan üzgüçüsü MDB Oyunlarında gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Oktay Hüseynov Azərbaycanın ev sahibliyi III MDB Oyunlarında gümüş medal qazanıb. SİA xəbər verir ki, idmançı 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında 2:09.55 nəticə ilə ikinci olub.

Bu kateqoriyada çıxış edən digər üzgüçümüz Fərhad Məmmədli isə finişə beşinci çatıb.

Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.

Chosen
39
3
sia.az

4Sources