EN

Ozobiç 10 fərqli mövsümdə qol vuran 57 ci futbolçudur

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Filip Ozobiç mövsümdə ilk qolunu vurub. “Turan Tovuz”un yarımmüdafiəçisi VI turun “Kəpəz”lə ev matçında (3:0) fərqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, “Qəbələ”də iki (2016/17, 2017/18), “Qarabağ”da beş (2018/19, 2019/20, 2020/21, 2021/22, 2022/23), “Neftçi”də iki (2023/24, 2024/25) mövsümü qolsuz başa vurmayıb.

Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci futbolçudur. Mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.

Qeyd edək ki, Qərb derbisində vurulan qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
5
metbuat.az

10Sources