EN

Beynəlxalq Astronavtika Konqresi Sidneydə başlayır

Dünyanın ən böyük kosmos tədbirlərindən biri - Beynəlxalq Astronavtika Konqresi (IAC) bu il 29 sentyabr–3 oktyabr tarixlərində Avstraliyanın Sidney şəhərində keçirilir.

BAKU.WS xəbər verir ki, kongresdə müxtəlif ölkələrin kosmik agentlikləri, qlobal şirkətlər, alimlər və sənaye nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində yeni texnologiyalar təqdim olunacaq, beynəlxalq əməkdaşlıq imkanları müzakirə ediləcək və gələcək layihələr üçün tərəfdaşlıqlar qurulacaq.

IAC dünyanın müxtəlif ölkələrindən elm adamlarını və qərarvericiləri bir araya gətirən ən genişmiqyaslı tədbirlərdən biri hesab olunur.

Növbəti - 77-ci Beynəlxalq Astronavtika Konqresi isə 2026-cı ildə keçiriləcək.

Chosen
9
1
far.az

2Sources