EN

Macarıstan naziri: Ukrayna sülh üçün ərazilərini itirməli ola bilər

Macarıstanın xarici işlər naziri Levente Magyar Ukraynanın sülh sazişi naminə ərazilərindən bir hissəsini qurban verməsini təklif edib.

Doğru.az xəbər verir ki, Telex portalının məlumatına görə, Magyar bildirib: “İndi Ukrayna öz ərazisinin beşdə birindən imtina etməli olacaq. Mən Ukraynaya nə edəcəyini demək istəmirəm; sadəcə olaraq deyirəm ki, təcrübəmizə əsaslanaraq sülh bəzən ağrılı ola bilər”.

Siyasətçi Ukrayna hakimiyyətinin hazırkı vəziyyətini Birinci Dünya Müharibəsinin sonunda Macarıstandakı vəziyyətlə müqayisə edərək qeyd edib ki, o zaman yalnız iki mümkün yol var idi: kollektiv intihar etmək və ya ərazinin üçdə ikisinin itirilməsini qəbul edərək sülh şərtləri ilə razılaşmaq.

Eyni zamanda, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yekunlarına dair mətbuat konfransında Ukraynanın 2022-ci il sərhədlərinə qayıtmasını gözləmədiklərini bildirib.

El País nəşri yazıb ki, Ukrayna sakinləri də ölkənin əvvəlki sərhədlərinə qaytarılmasının mümkünlüyünə inanmırlar.

DOĞRU.AZ

Chosen
16
1
dogru.az

2Sources