EN

Nazir: Maliyyə ekosistemində yeni qanunvericilik hazırlanır

Maliyyə ekosistemində yeni qanunvericilik çərçivəsinin nəticələrini təqdim etməyi planlaşdırırıq.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, maliyyə ekosisteminin inkişafı üçün həm tənzimləyici səviyyədə, həm də kapitala çıxış imkanları baxımından mühüm addımlar atılıb: “Son bir ildə maliyyə tənzimləyicisinin bu istiqamətdə gördüyü işləri müsbət qiymətləndiririk. Növbəti sammitdə isə yeni qanunvericilik çərçivəsinin nəticələrini və infrastruktur inkişafını təqdim etməyi planlaşdırırıq”.

M.Cabbarov forumun təşkilatçılarına təkliflə müraciət edib.

O, iştirakçılardan ekosistem və biznes mühiti ilə bağlı təklif və baxışları əks etdirən “ağ sənəd” ənənəsinin yaradılmasının məqsədəuyğun olduğunu deyib: “Biz sizin qanunvericilik, ekosistem və biznes mədəniyyəti ilə bağlı təkliflərinizi məmnuniyyətlə qəbul edərik. Bu, bizim də məsuliyyətli və hesabatlı fəaliyyət göstərməyimizə xidmət edəcək”.

Chosen
7
4
apa.az

5Sources